loading...
هیئت عاشقان مهدی موعود
هیئتیان بازدید : 124 دوشنبه 01 دی 1393 نظرات (0)

Rəsul-əkrəm (s) rəhmət peyğəmbəri (1)

Mərifət, insanın tərəqqi vasitəsi

Allaha, Rəsuli-əkrəmə (s) və Allah höccətlərinə (ə) mərifət insanın kamalının rükünlərindəndir. İnsan əgər dünyasının insani dünya olmasını, kamal mərtəbələrini keçmək və Allaha saleh bəndə olmaq istəyirsə, gərək Allah, Peyğəmbər (s) və Allah höccətləri ilə bağlantı yaratsın. Çünki insan həqiqət aləminə bağlanmadan mənasız və heçdir.

 

    Bismillahir-rəhmanir-rəhim                                                        

Ustad Füruğinin Peyğəmbərin (s) vəfatı münasibətilə çıxışı-2006

Rəsuli-əkrəm (s) rəhmət peyğəmbəri (1)

Mərifət, insanın tərəqqi vasitəsi

Allaha, Rəsuli-əkrəmə (s) və Allah höccətlərinə (ə) mərifət insanın kamalının rükünlərindəndir. İnsan əgər dünyasının insani dünya olmasını, kamal mərtəbələrini keçmək və Allaha saleh bəndə olmaq istəyirsə, gərək Allah, Peyğəmbər (s) və Allah höccətləri ilə bağlantı yaratsın. Çünki insan həqiqət aləminə bağlanmadan mənasız və heçdir.

Varlıq aləmində insana məna verən insanın mərifətidir. Bütün kamalların kökü insanlıq mərifətidir. İnsanın ən üstün mərifəti varlıq aləminin başlanğıcı və mütləq xeyir olan Allaha mərifətdən ibarətdir. O, vücud aləminin padşahıdır və aləmə yetişən hər bir xeyir Onun xəzinəsindəndir. 

وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ

"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur)". ("Hicr" surəsi, ayə 21)

İnsanın seyri Allaha tərəfdir

Bütün xeyirlərin mənbəsi Zati-Əhədiyyətdir. Varlıq aləminin sistemi bir kitabdır ki, onun əvvəli də Allahdır: "Odur Əvvəl", axırı da Allahdır: "Odur Son". Necə ki, buyurur: 

"إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُون"

Biz Allahdanıq və Allaha tərəf qayıdacağıq. ("Bəqərə" surəsi, ayə 156)

Yenə buyurur: 

أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ

Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır! ("Şura" surəsi, ayə 53)

Bu ayələrə diqqət etməklə, vücud aləminin seyr və təkamülü, aləmin çatmalı olduğu nəhayət nöqtə yenə aləmin başlanğıcı olan Allah Təbarək və Taaladır.

 

Peyğəmbər insanın yüksəlişinin səbəbi

Bu hədəfə çatmaq üçün vəsilə lazımdır. Bizi Allaha bağlayan Peyğəmbərdir (s). biz Peyğəmbərin (s) vücudu ilə məna tapırıq. Ona görə də bizə lazımdır ki, Peyğəmbəri (s) tanıyaq: "İlahi, Özünü mənə tanıtdır", "İlahi, Peyğəmbərini (s) mənə tanıtdır". ("Əl-kafi", c.1, səh. 337). Nübüvvət və imamət varlıq aləminin sirləridir. Feyz, məbdə aləmindən varlıq aləminə belə nazil olur: Peyğəmbər (s), sonra Allah höccəti.

Peyğəmbər (s) və Allah höccətinə (ə) mərifət, Allaha mərifətlə bir-birinə elə qarışıb ki, bəzi rəvayətlərdə Allah mərifəti, höccətə mərifəti kimi təbir edilib. Bu müqəddəs zatlar həqiqətə doğru olan insan karvanının sarbanlarıdır. İmam Hüseyndən (ə) soruşdular: "Allaha mərifətin həqiqəti nədir? Buyurdu: Zamanın imamına mərifət." ("Bihar əl-ənvar", c. 23, səh. 93) 

Başqa sözlə, məni tanımaq, yəni Peyğəmbəri (s) tanımaq. Niyə belədir? Çünki Peyğəmbər (s) bütün feyzlərin nazil olmasının zərfidir, Pərvərdigari Aləmin feyzlərinin təcəllasının zərfidir, vücud aləmində böyük təcəlladır.

 

Peyğəmbər (s), Allahı göstərən güzgü

Allah, Peyğəmbər (s) kimi bir vücud yaratmamışdır. Haqq Taala, Peyğəmbərin (s) vücudu ilə Özünü bizə göstərmişdir. Çünki bizim elə bir zərfiyyətimiz yoxdur ki, ali  vücud mərtəbəsinə və "qabə qovsəyni və adna" mərtəbəsinə yetişək, yaxından Allahın camalı ilə əlaqə yarada bilək. Amma vasitə ilə yetişmək olar. Elə bir vasitə ki, o heç bir vasitə olmadan Allahın şagirdi olmuşdur və o da Peyğəmbərdir (s). 

Birbaşa ona buyurdu: "Oxu!" ("Ələq" surəsi, ayə 1.)Yəni, sən Mənim şagirdimsən! Tövhid aləmindən bir işarə (Oxu!) ilə bütün kamallar Peyğəmbərə (s) verildi. Həzrət Pərvərdigari Aləmin xüsusi şagirdi oldu. Pərvərdigari Aləmdən kamalları elə qəbul etdi ki, buyurdu: "Bütün gözəl əxlaqları kamala yetirmək üçün məbus olmuşam". ("Bihar əl-ənvar", c. 68, səh. 382.)

 

Peyğəmbər bütün kamalların sərçeşməsi

Biz tələbələr belə bir termin işlədirik: فاقدُ الشئ لايكونُ مُعطياً" ", yəni şəxs özündə olmayan bir şeyi başqasına verə bilməz. 

Varlıqdan bir şey almayan zat

Necə varlıq bəxş edə bilər?!

Bütün gözəl əxlaqları kamala yetirmək istədiyini deyən Peyğəmbər (ə)  bütün əxlaq kamallarına malikdir. Allah onun barəsində buyurur: 

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! ("Qələm" surəsi, ayə 4).

Peyğəmbərin (s) vücudunda necə böyük əzəmət qoyulubdur!

İmam Xomeyni (rh) Səhər duasına yazdığı şərhdə Molla Sədradan bu ibarəti gətirmişdir: "Allah taala "Bismillahir-rəhmanir-rəhim"i nazil edərkən ona min hicab vurmuşdu. Əgər o hicabları ona vurmasaydı, Bismillahın nuru bütün aləmi yandırıb, külə döndərərdi". Sonra İmam Xomeyni (rh) buyurur: "Molla Sədra! Allah, Bismillahı min hicabla yox, 70 min hicabla nazil etmişdir". 

İnsan öz seyr yolunda gərək bu hicabların hamısını bir-bir keçsin. Elə ki, pərdənin birindən keçdi, bir həqiqət özünü göstərəcək, iki hicabı keçdikdə iki həqiqət özünü göstərəcək.....

Görün, Peyğəmbərin (s) qabiliyyəti nə qədər olubdur ki, 6666 ayə ona nazil olub! Bu vücudu Allah Özü tərbiyə etmişdir, Özü yüksəltmişdir.


درباره ما
پشتیبانی شبانه روزی: Seyidjavad@gmail.com 50002666002744
اطلاعات کاربری
  • فراموشی رمز عبور؟
  • نظرسنجی
    به نظر شما مسائل سوریه چه مسائلی است؟
    آمار سایت
  • کل مطالب : 7
  • کل نظرات : 7
  • افراد آنلاین : 1
  • تعداد اعضا : 24
  • آی پی امروز : 4
  • آی پی دیروز : 19
  • بازدید امروز : 6
  • باردید دیروز : 20
  • گوگل امروز : 0
  • گوگل دیروز : 0
  • بازدید هفته : 36
  • بازدید ماه : 35
  • بازدید سال : 797
  • بازدید کلی : 13,266