loading...
هیئت عاشقان مهدی موعود
هیئتیان بازدید : 108 شنبه 22 آذر 1393 نظرات (0)

İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ

1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.

2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.
3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”
4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.
5-Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.
6-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar.”
7-İnsan "Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.
8-Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.
9-İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.
10-Bu ziyarət ruzini çoxaldır.
11-Borcun ödənməsinə səbəb olur.
12-Oğurlanmış malın tapılması üçün faydalıdır.
13-Aşura ziyarətini oxumaq evlənməyi asan edir.
14-İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə)-ın türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”
15-Sonsuz qadının övlada sahib olmasına səbəb olar.
16-Bu ziyarəti oxuyan şəxsin salamı imam Hüseyn (ə)-a çatır və hacəti qəbul olunur.
17-Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.
18-İnsanı can vermənin çətinliklərindən nicat verir.
19-Qəbiristan əhlindən əzab götürülür.
20-Aşura ziyarətini oxumaqla imam Hüseyn (ə) qəbiristana gəlib, orada uyuşanlara kömək edər.
21-İmam Hüseyn (ə)-ın hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.
22-Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.
23-İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə "Aşura ziyarəti”ni oxuyurdular.
24-Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsinə tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.
25-İmam Hüseyn (ə)-ın türbəti selin gəlməsinin və zərərin qarşısını alır.
26-Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbər (s)-in hərəminin torpağından fəzilətlidir.
27-İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, Allah-taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Hüseyn (ə)-la birgə şəhid olanlar sırasında yazar.”
28-İmam Hüseyn (ə)-ın türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.
29-İmam Hüseyn (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.
30-O həzrətin türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.
31-O həzrətin türbəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.
32-İmam Zaman (ə)-ın Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunmuşdur: "Siz nə üçün Aşura ziyarətini oxumursunuz? Aşura! Aşura! Aşura!”
33-Mötəbər hədislərdə bəyan olunduğu kimi, imam Hüseyn (ə)-ın qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!
34-Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.
35-Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Hüseyn (ə)-ın türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.
36-İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Hüseyn (ə)-ın türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.
37-Rəvayətdə deyilir ki, hər kəs imam Hüseyn (ə)-ın türbətindən yemək istəsə, əvvəlcə onu öpüb, gözlərinə sürtsün, sonra on doqquz dəfə "Bismillahir-rəhmanir-rəhim” deyib, "qul” (de) ifadəsilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.
38-İmam Kazim (ə)-dan nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Hüseyn (ə)-ın qəbrinin torpağından qoyun.
39-Alimlərdən biri demişdir: Ayətullah Bürucerdi hər gün iki dəfə Aşura ziyarətini (o həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.
40-Hər kəs o həzrətin türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.

 

هیئتیان بازدید : 94 پنجشنبه 20 آذر 1393 نظرات (0)

İmam Hüseyn (ə.s) Peyğəmbərlərin (ə.s) varisi

Varis ziyarətnaməsin oxuyun, insanlıq tarixində bir nəfər tapılıb və Peyğəmbərlərin (ə.s) varisi olub! Bilinir ki İmam Hüseyn (ə.s) bir iş görüb peyğəmbərlərin (ə.s) işi ilə bərabər və əgər bu işi görməsəydi Peyğəmbərlərin zəhmətləri hədər olardı və onlar varissiz qalardılar.

peyğəmbərlər dən miras aparmaq nisbi deyil çünki Nuha (ə.s) buyurur: " يا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِك "[1] Ey Nuh! Oğlun səndən deyil. Miras aparmaq odur ki Allah buyurur:  " مِلَّةَ أَبيكُمْ إِبْراهيم "[2]  sən o kəslərin atasısan ki onlara mənəvi atalıq və oğulluqun var. Bu hünərdir.



[1] Hud surəsi/46

[2] Həc surəsi/78


درباره ما
پشتیبانی شبانه روزی: Seyidjavad@gmail.com 50002666002744
اطلاعات کاربری
  • فراموشی رمز عبور؟
  • نظرسنجی
    به نظر شما مسائل سوریه چه مسائلی است؟
    آمار سایت
  • کل مطالب : 7
  • کل نظرات : 7
  • افراد آنلاین : 2
  • تعداد اعضا : 24
  • آی پی امروز : 25
  • آی پی دیروز : 19
  • بازدید امروز : 27
  • باردید دیروز : 20
  • گوگل امروز : 0
  • گوگل دیروز : 0
  • بازدید هفته : 57
  • بازدید ماه : 56
  • بازدید سال : 818
  • بازدید کلی : 13,287