İmam Hüseynin (ə) Ərbəini üçün İraqa gedən milyonlarla ziyarətçinin qırdığı rekord bununla da bitmir, eyni zamanda, ziyarətçilərin bütün xidmətləri pulsuz olaraq verilir
Ərbəin üçün
gedən milyonlarla insan bu il Nəcəf və Kərbəla arasındakı prospektdə dünyanın
ən böyük, ən izdihamlı və ən uzun camaat namazını keçirərək, yeni bir rekorda
imza atıblar.
İmam Hüseyn (ə) aşiqləri Nəcəf və Kərbəla arasında olan prospektdə 30 km-lik
sahədə camaat namazını əda ediblər.
Camaat namazını qılan Seyid Əhməd Əl-Şəkuri açıqlamasında belə deyib: 30 km
uzunluğu olan camaat namazı İraqdakı şiə müctehit Ayətullah Sistaninin
göstərişləri istiqamətində reallaşdı, ziyarətçilər dörd ayrı istiqamətdən, yəni
Kərbəla-Nəcəf, Hillə-Kərbəla, Bağdad-Nəcəf və Hillə-Bağdad quru yoluyla
gəliblər.
Bu namazı qılmamızdakı əsl hədəf, ruhi və dini dəyərlərə sahib anlayışları
kökləşdirmək və müsəlmanların dini öhdəçiliklərini yerinə yetirməkdə daha ciddi
davranmalarını xatırlatmaq idi, eyni zamanda, bu vəsiləylə şər mərkəzləri və
azğın qruplara da mesaj vermiş olduq.
Bu camaat namazı bir ilk idi, inşallah bundan sonrada davam edər və gələcəkdə
yenə bu cür mənzərələrə şahid olarıq."